Entoni Blinken Qazaxıstandakı vəziyyətlə bağlı Qazaxıstanın xarici işlər naziri ilə telefonla danışıb

20:46, 06.01.2022

ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanın xarici işlər naziri Muxtar Tilleuberd ilə telefonda Qazaxıstanda fövqəladə vəziyyətlə bağlı danışıb.

Dövlət Departamentinin məlumatına görə, Entoni Blinken ABŞ-ın Qazaxıstanın konstitusiya təsisatlarına və media azadlığına tam dəstəyini bir daha təsdiqləyib. O, həmçinin hüquqlara hörmət əsasında böhranın sülh yolu ilə həllini dəstəkləyib.

Qazaxıstanın xarici işlər naziri ilə danışan Entoni Blinken Avropada sabitliyin təşviqi, o cümlədən Rusiyanın təcavüzünə cavab olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsini də qaldırıb.

Oxşar