Entoni Blinken Nikol Paşinyan və İlham Əliyevlə söhbət zamanı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünü alqışlayıb
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Dövlət Departamenti tərəfindən verilmiş məlumatda, Entoni Blinkenin telefon danışıqları zamanı Ermənistan və Azərbaycanı ikitərəfli dialoqu davam etdirməyə çağırdığı və iki ölkənin xarici işlər nazirlərinin Tbilisidə keçirilən son görüşünü alqışladığı deyilir.
Dövlət Departamentinin press-relizlərində , Entoni Blinkenin Nikol Paşinyan və İlham Əliyevlə regionda sülhün əldə olunmasının tarixi imkanlarını müzakirə etdiyi qeyd olunub. Dövlət katibi ABŞ-ın regional nəqliyyat və kommunikasiya əlaqələrinin təşviqinə hazır olduğunu təsdiqləyib.
O, həmçinin ABŞ-ın Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlara dəstəyini bir daha təsdiqləyib və qeyd edib ki, ABŞ 1994-cü ildən ATƏT-in Minsk Qrupunun həmsədridir və Ermənistan və Azərbaycana uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ikitərəfli səviyyədə və həmfikir tərəfdaşlarla iştiraka hazırdır.
Entoni Blinken həmçinin prezident Əliyevi Ermənistanın saxlanılan bütün vətəndaşlarını azad etməyə çağırıb. O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması baxımından müsbət dinamikaya və konkret razılaşmalara görə təqdir edib.