Entoni Blinken Misirə səfər edib
Entoni Blinken Misirə səfər edib

ABŞ dövlət katibi Entoni Blinken Misirə səfər edib. Diplomat Qəzzada atəşkəs və girovların azad edilməsi üzrə danışıqlarda irəliləyiş əldə etməyə çalışır.

“Reuters” agentliyinin məlumatına görə, Entoni Blinken Misir prezidenti və xarici işlər naziri ilə görüşəcək.

Misirə getməzdən əvvəl ABŞ dövlət katibi İsraildə olub, daha sonra Qətərə gələcək.