Entoni Blinken Kiyevə gedib
Entoni Blinken Kiyevə gedib

 
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Kiyevə gedib.

“Ukraynaya qəti dəstəyimizi ifadə etmək üçün Kiyevə qayıtdım, çünki onlar öz azadlıqlarını rus təcavüzündən qoruyurlar”-deyə Blinken sosial şəbəkədə yazır.

Yayılmış məlumata əsasən, səfər çərçivəsində dövlət katibi Ukraynanın Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.