Entoni Blinken - İndi Qəzza zolağında atəşkəslə bağlı danışıqlar üçün həlledici vaxtdır
Entoni Blinken - İndi Qəzza zolağında atəşkəslə bağlı danışıqlar üçün həlledici vaxtdır

İndi Qəzza zolağında atəşkəslə bağlı danışıqlar üçün həlledici vaxtdır,- bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken İsrail prezidenti İsaak Hersoqla görüşü zamanı bildirib.

“Bu sülh və təhlükəsizlik, girovların evlərinə qaytarılması və atəşkəs üçün həlledici an, bəlkə də ən yaxşı, mümkün olan son fürsətdir”. Mən yekun razılaşmaya nail olmaq üçün intensiv diplomatik səylərin bir hissəsi kimi prezident Baydenin göstərişi ilə buradayam”, – Blinken bildirib.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken ötən gün İsrailin paytaxtı Təl-Əvivə səfər edib. Blinken bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.