Entoni Blinken – Qara dəniz regionu hər birimiz üçün, NATO üçün həyati əhəmiyyət kəsb edir, bu hissədə bizim üç NATO müttəfiqimiz, eləcə də yaxın tərəfdaşlarımız Ukrayna və Gürcüstan yerləşir
Qara dəniz regionu hər birimiz üçün və NATO-nun özü üçün həyati strateji əhəmiyyətə malikdir, bu hissədə bizim üç müttəfiqimiz var, onlar eyni zamanda NATO-ya üzv dövlətlərdir, həmçinin Ukrayna və Gürcüstan kimi yaxın tərəfdaşlarımız yerləşir- bu barədə ABŞ dövləti katibi Entoni Blinken Buxarestdə, NATO Xarici İşlər Ministerialı çərçivəsində Rumıniyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında açıqlayıb.
O, Rusiyanın Qara dənizi müharibə zonalarına böldüyünü açıqlayıb. Buradaca Blinken Qara dənizin NATO-nun müdafiə strategiyasının mühüm tərkib hissəsi olduğunu qeyd edib.
“Biz Ukraynanın şəhər və kəndlərini hədəf alan raket hücumlarına, rus qüvvələrinin Ukrayna limanlarını blokadaya aldığına və illər ərzində görmədiyimiz ərzaq böhranına səbəb olduğuna şahid oluruq. BMT və Türkiyə sayəsində Qara dəniz dəhlizində hərəkəti təmin etdik. Rumıniyanın bunda kritik rolu var idi. Biz NATO-nun Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu gücləndirəcəyik və bu baxımdan Qara dəniz Strategiyasını gücləndirmək üçün həm bir-birimizlə, həm də NATO ilə işləyirik. Sadə dillə desək, Qara dəniz NATO-nun müdafiə strategiyasının kritik tərkib hissəsidir, hərçənd bu, durğun bir şey deyil, biz onun üzərində işləməyə davam etməliyik və bu gün bütün üzv dövlətlərin nazirləri ilə bu barədə danışacağıq”-deyə Blinken bildirib.