Entoni Blinken deyir ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirə NATO müttəfiqləri və Avropa tərəfdaşları, o cümlədən Ukraynanı da əhatə etməlidir
Entoni Blinken deyir ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirə NATO müttəfiqləri və Avropa tərəfdaşları, o cümlədən Ukraynanı da əhatə etməlidir

ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna-Rusiya sərhədindəki vəziyyəti və Avropanın təhlükəsizlik məsələlərini müzakirə ediblər. ABŞ Dövlət Departamentinin məlumatına görə, Entoni Blinkenlə Sergey Lavrov arasında telefon danışığı olub.

Məlumata görə, diplomatlar yanvarın 10-da Strateji Sabitlik Dialoqunu, yanvarın 12-də NATO-Rusiya Şurasını, yanvarın 13-də isə ATƏT Şurasını müzakirə ediblər.

Entoni Blinken Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və diplomatik yolun davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Dövlət katibi Blinken Rusiya hərbi qüvvələrinin Ukraynada və onun yaxınlığındakı dərin narahatlıq doğuran gərginliyini azaltmaq üçün diplomatik yolun davam etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət katibi Blinken Birləşmiş Ştatların Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və vurğulayıb ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirə NATO-nun müttəfiqləri və Avropa tərəfdaşları, o cümlədən Ukrayna iştirak etməlidir”, – deyə Dövlət Departamentinin bəyanatında deyilir.