Entoni Blinken avqustun 18-də İsrailə səfər edəcək
Entoni Blinken avqustun 18-də İsrailə səfər edəcək

Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken avqustun 18-də İsrailə səfər edəcək. Bu barədə məlumatı “times of israel” yayır.

Medianın məlumatına görə, avqustun 19-da Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

İsrail mediasının yazdığına görə, Blinkenin İsrailin baş naziri Netanyahunu qəti şəkildə atəşkəs razılaşmasına razılıq verməyə çağıracağı gözlənilir.