Entoni Blinken - ABŞ Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini qətiyyətlə dəstəkləyir
Bu gün Rusiyanın Gürcüstana təcavüzündən və onun torpaqlarının 20%-ni işğal etməsindən 15 il ötür- bu barədə ABŞ dövlət katibi Entoni Blinken sosial şəbəkədə yazır.
Blinkenin sözlərinə görə, ABŞ Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini qətiyyətlə dəstəkləyir.
“Bu gün Rusiyanın Gürcüstana təcavüzündən və onun torpaqlarının 20%-ni işğal etməsindən 15 il ötür. Rusiya 2008-ci ildə atəşkəslə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməkdə davam edir. ABŞ Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini qətiyyətlə dəstəkləyir”-deyə ABŞ dövlət katibi Entoni Blinken yazır.