"ENKA" şirkəti Gürcüstan hökuməti ilə müqaviləni rəsmi olaraq dayandırdı
“ENKA” şirkəti Gürcüstan hökuməti ilə müqaviləni rəsmi olaraq dayandırdı, – bu barədə “ENKA Insaat” tərəfidən dərc olunmuş 2021-ci ilin maliyyə hesabatında deyilir.
Hesabata əsasən, Gürcüstan dövləti və “Enka” şirkəti arasında “Namaxvahsesin” tikintisi ilə bağlı sərmayə müqaviləsinə rəsmi xitam verilib.
Bundan başqa, maliyyə hesabatında qeyd olunur ki, şirkət “Namaxvahsesin” tikintisinə edilən sərmayə və müvafiq texniki avadanlıqlar 40.4 milyon dollar məbləğində silinib.
“Namaxvahsesin” tikintisi üçün “ENKA” şirkəti Gürcüstanda 800 milyon dollarlıq səramyənin yatırılmasının planlaşdırırdı.