Enquri hidro-elektro stansiyasında reabilitasiya işləri aparılır.
Derivasiya tunelində təcili reabilitasiya işlərinin aparılması məqsədi ilə, Enqurinin hər beş aqreqatı yanvarın 20-də dayandı.
Reabilitasiya prosesi 24 saatlıq rejimdə davam edir.
Reabilitasiya layihəsinin tam dəyəri 45 milyon avrodur.
Buradan yeddi milyon Avrokomisiyanın qrantıdır, 38 milyon isə, Avropanın Rekonstruksiya və inkişaf bankının maliyyə resursudur.