“Engurhesi” - Ana Tsitlidzenin “Engurhesi”nin işçilərinin şəxsiyyət vəsiqələrinin alınması ilə bağlı bəyanatı yalandır, Enquri körpüsünün bağlanması haqda işğalçılarla danışıqlar barədə məlumat cəfəngiyyatdır
“Engurhesi” - Ana Tsitlidzenin “Engurhesi”nin işçilərinin şəxsiyyət vəsiqələrinin alınması ilə bağlı bəyanatı yalandır, Enquri körpüsünün bağlanması haqda işğalçılarla danışıqlar barədə məlumat cəfəngiyyatdır

 
“Milli Hərəkat”ın nümayəndəsinin “Engurhesi”nin işçilərinin şəxsiyyət vəsiqələrinin alınması ilə bağlı bəyanatı tamilə yalandır – bu haqda “Engurhesi”nin bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, bunu sübut edəcək heç bir dəlil fiziki olaraq mövcud ola bilməz.

“Vahid Milli Hərəkat”ın Zuqdidi təşkilatının sədri Ana Tsitlidzenin MMC “Engurhesi”nin Direktorlar Şurasının sədri Levan Mebonianı və MMC “Engurhesi”ni nüfuzdan salmaq kampaniyasının davamı olan bəyanatına münasibət bildirmək istəyirik.

Müvafiq olaraq, Ana Tsitlidzenin böhtan dolu ittihamlarının ritorikası da seçkidən-seçkiyə dəyişməz olaraq qalır. Qəti şəkildə bildiririk ki, “Vahid Milli Hərəkat”ın nümayəndəsi tərəfindən “Engurhesi”nin işçilərinin şəxsiyyət vəsiqələrinin alınması ilə bağlı yayılmış bəyanat tamamilə yalandır və dezinformasiyadır. O, belə bir “faktdan” danışarkən utanmazcasına yalan deyir, çünki belə bir şey heç vaxt olmayıb, müvafiq olaraq, heç bir “dəlil” fiziki olaraq mövcud ola bilməz” – bəyanatda qeyd olunub.

Bəyanata əsasən, həmçinin Enquri körpüsünün bağlanması ilə əlaqədar rus işğalçılarla danışıqlar barədə məlumat həqiqətə uyğun deyil.

“İkinci, daha ciddi və böhtan dolu ittihama – Enquri körpüsünün bağlanması ilə əlaqədar rus işğalçılarla danışıqlar barədə məlumata gəlincə, bu “məlumat” da həmçinin tamamilə cəfəngiyyatdır və heç bir əsası yoxdur. Bir daha izah etmək istəyirik ki, Ana Tsitlidze təkcə Levan Mebonianı deyil, həm də MMC “Engurhesi” və onun əməkdaşlarını nüfuzdan salmağa yönəlmiş məqsədyönlü kampaniya aparır. O, əvvəlki illərdə də belə böhtan xarakterli açıqlamaları ilə seçilib. Odur ki, oxşar bəyanatların müvafiq şəkildə araşdırılması və hüquqi cavab verilməsi məqsədilə əlavə cavab tədbirləri üçün aidiyyatı orqanlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq” – bəyanatda deyilir.