Enerji və Su Təchizatı üzrə Gürcüstanın Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, bütün qazpaylayıcı şirkətlər üçün təbii qazın məişət tarifləri növbəti 5 il ərzində dəyişməz qalacaq
Enerji və Su Təchizatı üzrə Gürcüstanın Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, bütün qazpaylayıcı şirkətlər üçün təbii qazın məişət tarifləri növbəti 5 il ərzində dəyişməz qalacaq

 

Enerji və Su Təchizatı üzrə Gürcüstanın Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, MMC “Tbilisi Energy”-nin istehlak tarifləri qazpaylayıcı şirkət üçün 2023-2027-ci illərdə dəyişməz qalıb.

Növbəti beş il ərzində kiçik qazpaylayıcı şirkətlərin – MMC “Varketilair”, MMC “İnter Gas”, MMC “Gasco+” və MMC “ESG Gas Company”-nin məişət abonentləri üçün də istehlak tarifləri dəyişməz qalacaq.

“Biz təbii qaz şirkətləri üçün tariflərin müəyyənləşdirilməsini başa çatdırmışıq. GNERC-in qərarına əsasən, məişət istifadəçiləri üçün tariflər dəyişməz qalıb. Üç illik tənzimləmə müddəti əvəzinə tariflər beş illik tənzimləmə dövrü ərzində müəyyən edildi. Tariflərin saxlanılması dövlətin sosial qazın çatımlılığı ilə bağlı həyata keçirdiyi siyasət, eləcə də larinin ABŞ dollarına nisbətdə məzənnəsinin sabitliyi ilə bağlıdır” – deyə Davit Narmania açıqlayıb.