“Energo-pro Georgia”nın yaydığı məlumata əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar Qərbi Gürcüstanda elektrik verilişi xətləri zərər görüb və şirkət müvafiq işləri həyata keçirir
“Energo-pro Georgia”dan verilən məlumatda əlverişsiz hava şəraiti ilə əlaqədar şaxtanın Qərbi Gürcüstanda yüksək və aşağı gərginlikli elektrik xətlərinə ziyan vurduğu deyilir.
Verilmiş məlumatda Xaraqaulidə vəziyyətin xüsusilə ağır olduğu, Şərqi Gürcüstandan şirkətin əlavə briqadalarının köməyə gəldiyi qeyd olunub.
“Tsalencixada da vəziyyət mürəkkəb olub, lakin “Energo-pro Georgia” şirkətinin texniki dəstələri artıq buradakı yüksək gərginlikli elektrik verilişi xətlərini bərpa etməyə nail olublar və munisipalitetə elektrik enerjisi verilir. Bu vaxt üçün aşmış ağacların elektrik xətlərinə, qidalandırıcılara və digər infrastruktura zərər vurduğu aşağı gərginlikli xətlər üzrə iş davam edir.
Zemo Acaranın abonentlərinin əksəriyyətinə stabil olaraq elektrik enerjisi verilir. Xulo, Xelvaçauri və Keda kəndlərinin yalnız kiçik bir hissəsi elektrik enerjisi ilə məhdudlaşdırmalarla təmin olunub. Burada da bərpa işləri aparılır. Günün sonuna qədər bütün munisipalitetlərdə abonentlərin əksəriyyətinə elektrik enerjisinin verilməsi bərpa olunacaq” – “Energo-pro Georgia”da açıqlayırlar.