“Energo-Pro Georgia” - hazırda Şovi istiqamətində hərəkət ləngiyib və bu, elektrik ötürücü xətlərdə bərpa işlərinə başlamağı çətinləşdirir
Şovi kurortunda torpaq sürüşməsi elektrik xətlərini zədələyib.
“Energo-Pro Georgia”da qeyd etdikləri kimi, Şovidə sürüşmə nəticəsində elektrik ötürücü xətlər qəza vəziyyəti ilə əlaqədar zərər görüb. Hazırda təkcə Şovi kurortuna və Qlola kəndinə elektrik enerjisi verilmir. Oni Munisipalitetinin digər kəndləri də elektrik enerjisi ilə stabil şəkildə təmin olunur.
“Hazırda Şovi istiqamətində hərəkət ləngiyib və bu, elektrik ötürücü xətlərdə bərpa işlərinə başlamağı çətinləşdirir. “Energo-Pro Georgia”nın texniki dəstələri hazırdır. Mümkün olan kimi reabilitasiya işlərinə başlanılacaq”, – deyə şirkətdən bildirilib.