"Energo-Pro Georgia" - Elektrik enerji qiymətinin artması qaçınılmazdır
"Energo-Pro Georgia" - Elektrik enerji qiymətinin artması qaçınılmazdır

“Energo-Pro Georgia” şirkətinin baş direktoru Mixeil Botsvadze bəyan edir ki, istifadəçi tarifinin artması mütləqdir.

Onun dediyinə görə, dramatik şəkildə artan xərclərə görə, şirkət 2018-ci ilin yanvar ayında qoyulan tariflə elektrik enerjinin alınmasını artıq təmin edə bilmir.

“Təəssüf ki, elektrik enerjinin qiymətini artırmalıyıq. Artıq on aydır ciddi maliyyə krizisi içindəyik. İnvestisiyaları, inkişaf layihələrini və işçilərin maaşlarını azaldmalı olduq, çünki dramatik şəkildə artan xərclərə görə, şirkət 2018-ci ildən qoyulan tariflə elektrik enerjinin alınmasını artıq təmin edə bilmir” – dedi Mixeil Botysvadze.

Elektrik enerjinin yeni qiyməti ilə bağlı isə, Botsvadze bəyan etdi ki, yeni tarif heç bir təqdirdə, şirkətin tələbi kimi qəbul edilməməlidir.