Endokrinoloq Lali Cavaşvili - Mixeil Saakaşvili şiddətli kaxeksiyadan əziyyət çəkir, qidalana bilmədiyini hesab edirəm
Endokrinoloq Lali Cavaşvili - Mixeil Saakaşvili şiddətli kaxeksiyadan əziyyət çəkir, qidalana bilmədiyini hesab edirəm

 

Rəydə Mixeil Saakaşvilinin arıqlaması davam edərsə, kaxeksiyanın inkişaf edəcəyinə dair şübhəmizi ifadə etdik və bir müddət sonra kliniki malabsorbsiya və kaxeksiya ilə qarşı-qarşıya qaldığımıza əmin olduq-bu barədə Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı davam edən məhkəmə prosesində müdafiə tərəfinin şahidi, endokrinoloq Lali Cavaşvili açıqlayıb.

“Bu gün artıq onun niyə arıqlaması önəmli deyil. Əsas odur ki, hazırda elə bir arıqlama ilə qarşı-qarşıyayıq ki, buna ağır kaxeksiya deyirlər. Hər zaman onun qidalana bilmədiyini hesab edirdim. Bəzi skeptiklər onun yemək yemədiyinə inanırlar. Mən həkim-endokrinoloq hesab edirəm ki, o, qidalana bilmir”-deyə endokrinoloq açıqlayıb.

Vəkil Şalva Xaçapuridzenin lazımi müalicə almadığı təqdirdə ölməsinin mümkün olub-olmaması sualına şahid “Bəli, mümkündür” deyə cavab verib. “Mən həm də cənab Çxaidzenin etirafına arxalanıram, belə davam etsə, məhbus öləcək. O, bunu üç ay əvvəl demişdi”.