Emre Çabukun həyat yoldaşı - bugün məhkəmədən siyasi deyil, ədalətli qərar gözləyirəm
Emre Çabukun həyat yoldaşı - bugün məhkəmədən siyasi deyil, ədalətli qərar gözləyirəm

“Bugün məhkəmədən siyasi deyil, ədalətli qərar gözləyirəm və əminəm ki, elə də olacaq”, – bu bəyanatı jurnalistlərə Demirel kolecinin sabiq direktoru Mustafa Emre Çabukun həyat yoldaşı Tuğba Çabuk verdi.

Onun dediyinə görə, qərarı Ali Məhkəmədə və hətta gərəkirsə, Avropa Məhkəməsində şikayət edəcək.

Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiya məsələsini məhkəmə bugün müzakirə edəcək.

Müdafiyə tərəfi prosesdə, əlində olan bütün dəlilləri təqdim edəcək.

Vəkil Vaxtanq Kvijinadzenin dediyinə görə, müəyyən dəlillər Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiyasından imtina etmək üçün yetərli əsas yaradır. 

“Onun ekstradisiyasından dərhal imtina etmək lazımdır, çünki məsələ siyasi təqib ilə bağlıdır” – dedi Vaxtanq Kvijinadze.

Prokurorluq Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiyası tələbi ilə məhkəməyə dünən müraciət etdi.