Emmanuel Makronun reytinqi parlamentin buraxılması qərarından sonra 6 pillə aşağı düşüb
Emmanuel Makronun reytinqi parlamentin buraxılması qərarından sonra 6 pillə aşağı düşüb

 
Fransa Prezidenti Emmanuel Makronun reytinqi parlamentin buraxılması qərarından sonra 6 pillə aşağı düşüb. Sosioloji sorğunu “RTL”in sifarişi ilə “BVA Xsight” həyata keçirib.

Sorğu göstərib ki, fikri soruşulanların 26%-i Makrona müsbət münasibət bəsləyir, bu da may ayının göstəricisindən 6 bənd azdır. Fikri soruşulanların 74%-i ona mənfi münasibət bəsləyir.

“RTL”in məlumatına əsasən, Makron heç vaxt, o cümlədən 2023-cü ilin aprelində pensiya islahatına qarşı etirazlar zamanı belə bu qədər qeyri-populyar olmayıb.

Assambleyanın buraxılması ilə bağlı qərara gəlincə, fikri soruşulanların 59%-i hesab edir ki, dövlət başçısı məsuliyyətli davranmır. 54% hesab edir ki, bu, nə siyasi vəziyyəti yaxşılaşdıracaq, nə də demokratik debatları canlandıracaq.

Sorğunun nəticələrinə əsasən, fransızların mütləq əksəriyyəti Makronun ümumi seçki kampaniyasında iştirakını istəmir.