Emmanuel Makron və Volodimir Zelenski Ukraynanın kritik infrastrukturunun yenidən qurulmasının maliyyələşdirilməsinə dair saziş imzalayıblar
Emmanuel Makron və Volodimir Zelenski Ukraynanın kritik infrastrukturunun yenidən qurulmasının maliyyələşdirilməsinə dair saziş imzalayıblar

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada kritik infrastrukturun bərpasının maliyyələşdirilməsi haqqında saziş imzalayıblar. Bu barədə Fransa prezidenti Parisdə Ukrayna prezidenti ilə birgə mətbuat konfransında bildirib.

Makronun sözlərinə görə, Kiyev və Paris nümayəndə heyətləri Ukraynanın bərpası ilə bağlı danışıqlar aparıb və “bu prosesi həyata keçirmək üçün yeni alətlərin yaradılmasına qərar veriblər”.

“Ukraynanın mühüm infrastrukturunun bərpası üçün nəzərdə tutulan 200 milyon avroluq fond haqqında saziş imzalanıb. Biz də qərara gəldik ki, bu fonddan 60 milyon avro enerji sektoruna və onun prioritetlərinə ayrılsın”, – Makron bildirib.

Bundan əlavə, Makron bildirib ki, Paris Ukraynadakı layihələri yerli səviyyədə dəstəkləmək üçün Fransa İnkişaf Agentliyinin mandatını genişləndirir və texniki yardım göstərmək üçün Ukraynanın müxtəlif əsas nazirliklərinə 20 texniki ekspert göndərir.