Emmanuel Makron və Pedro Sançez Britaniyanın Avropa İttifaqına qayıtması ideyasını dəstəklədilər – “Bu, əladır, amma Avropa İttifaqının üzvü olanda hər şeyi qəbul etməlisən, təkcə sənə uyğun olanı deyil”
Fransa Prezidenti Emmanuel Makron və İspaniyanın Baş naziri Pedro Sançes Britaniyanın Avropa İttifaqına qayıtması ideyasını dəstəkləyiblər.
Bundan əvvəl isə Britaniyanın Baş naziri Endi Barnem Avropa İttifaqına qayıtmaq imkanından danışıb.
Makron bunu “əla xəbər” və “yaxşı qərar” kimi qiymətləndirib, lakin qeyd edib ki, Avropa İttifaqına üzv olarkən seçmək hüququ yoxdur. Onun sözlərinə görə, yalnız sənə sərf edəni yox, hər şeyi bütövlükdə qəbul etməlisən.
İspaniyanın Baş nazirinin sözlərinə görə, “Breksit” (Brexit) həm Britaniya xalqı, həm də bütün Avropa layihəsi üçün böyük bir itki idi.
Bununla yanaşı, liderlər Avropa İttifaqının büdcəsindən danışarkən əlavə resursların tapılmasında daha çox çevikliyin vacibliyini vurğulayıblar.