Emmanuel Makron - Ukraynada müharibə başa çatdıqdan sonra Ukrayna və Rusiya ilə yanaşı, Gürcüstan, Azərbaycan, Moldova və Ermənistana da təhlükəsizlik zəmanətləri şamil olunmalıdır
Fransa prezidenti Emmanuel Makron Ukraynada müharibə başa çatdıqdan sonra Ukrayna və Rusiya ilə yanaşı, Gürcüstan, Azərbaycan, Moldova və Ermənistana da təhlükəsizlik təminatlarının şamil olunmalı olduğunu bildirib.
Fransa prezidenti bu barədə “Wall Street Journal”a müsahibəsində bildirib.
“Zəmanətlər haqqında danışarkən bütün bu ölkələr, bizim haqqımızda və həmçinin Rusiya haqqında danışıram” – deyə Makron açıqlayıb.
Fransa lideri Avropanın yeni təhlükəsizlik arxitekturasının bu regionun və bütün Avropanın sabitliyini və təhlükəsizliyini təmin etməli olduğunu bildirib.