Emmanuel Makron - Ukrayna və Moldova, eləcə də Gürcüstanın perspektivi üçün güclü mesaj verə bildik, fikrimcə bu geosiyasi dəyişikliklər gündəliyimizə uyğundur
Emmanuel Makron - Ukrayna və Moldova, eləcə də Gürcüstanın perspektivi üçün güclü mesaj verə bildik, fikrimcə bu geosiyasi dəyişikliklər gündəliyimizə uyğundur

 
Ukrayna və Moldova, eləcə də Gürcüstanın perspektivi üçün güclü mesaj verə bildik, fikrimcə şahid olduğumuz geosiyasi dəyişikliklər gündəliyimizə uyğundur-bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen ilə birlikdə keçirilən brifinqdə bildirib.

Makronun sözlərinə görə, Avropada heç vaxt olmadığı qədər, daha çox suverenliyə ehtiyac var.

“Verilən qərarla biz dünən Ukrayna və Moldova, eləcə də Gürcüstanın perspektivi üçün güclü mesaj verə bildik. Belə ki, fikrimcə şahid olduğumuz geosiyasi dəyişikliklər gündəliyimizə uyğundur. Bütün bunların öhdəsindən gəlmək üçün kütləvi qərarlar qəbul etməliyik və edə biləcəyimiz tək şey Avropada heç vaxt olmadığı qədər, daha çox suverenliyə ehtiyac olduğuna dair baxışlarımızı gücləndirməkdir. Fikrimcə, suverenliyin, müdafiə suverenliyinin, texnoloji suverenliyin, enerji suverenliyinin nə qədər vacib olduğunu görəcəyik. Bu böhran bizim kollektiv gündəliyimizi sürətləndirdi” -deyə Emmanuel Makron bildirib.