Emmanuel Makron tərəfindən baş nazir olaraq Mişel Barnienin təyin edilməsindən sonra ifrat solçu partiyanın lideri Jan-Luk Melanşon Fransada seçkilərin oğurlandığını bildirir
Emmanuel Makron tərəfindən baş nazir olaraq Mişel Barnienin təyin edilməsindən sonra ifrat solçu partiyanın lideri Jan-Luk Melanşon Fransada seçkilərin oğurlandığını bildirir

 

Fransanın Prezidenti Emmanuel Makron tərəfindən baş nazir olaraq Mişel Barnienin təyin edilməsindən sonra ifrat solçu “İtaətsiz Fransa” partiyasının lideri Jan-Luk Melanşon Fransada seçkilərin oğurlandığını bildirib. Bu haqda məlumatı Fransa mediası yayır.

Barnienin təyinatı ilə bağlı məlumatın yayılmasından sonra ifrat solçu lider “seçkilərin fransız xalqından oğurlandığını” bildirib, o, eləcə də tərəfdarlarını səfərbər olmağa və sentyabrın 7-nə planlaşdırılan etiraz aksiyasında iştirak etməyə çağırıb.

“İtaətsiz Fransa”nın daha bir lideri Matilda Pano Barnienin təyinatını şərh edərkən bildirib ki, Makron “özünü hələ də avtokrat hesab edir”.

“Prezident Mişel Barnieni təyin etməklə, xalqın seçki məntəqələrində etdiyi seçimə hörmət etməkdən imtina edir” – Pano qeyd edib.

Məlumat üçün bildirək ki, Emmanuel Makron Fransanın Prezidenti tərəfindən təyin edilmiş növbədənkənar parlament seçkilərində birinci yeri tutan solçu “Yeni Xalq Cəbhəsi” blokunun namizədini baş nazir təyin etməkdən imtina edib.