Emmanuel Makron - Gürcüstan və Moldovanı gərginlik və destabilizasiyanın istənilən cəhdinə qarşı dəstəkləməyə hazırıq
Fransa prezidenti Emmanuel Makron böhran zamanı Gürcüstanı və Moldovanı dəstəkləməyə hazır olduğunu bildirir.
“Gürcüstan və Moldova bizim birliyin qonşularıdır, onlar bizim partnyorlarımız və dostlarımızdır.
Bu gün səhər onların prezidentlərinə bir daha təsdiq etdim ki, gərginlik və destabilizasiyanın istənilən cəhdinə qarşı dəstəkləməyə hazırıq.
Böhrən zamanı həmrəyik və olacağıq”, – Makron “tvitterdə” yazır.