Emmanuel Makron - Gürcüstan son günlər narahatedici hadisələrdən təsirlənib, çox güclü təzyiqlərlə üzləşib, daha çox sülhə gedən yol tapacağımıza ümid edirik
Emmanuel Makron - Gürcüstan son günlər narahatedici hadisələrdən təsirlənib, çox güclü təzyiqlərlə üzləşib, daha çox sülhə gedən yol tapacağımıza ümid edirik

Fransa Prezidenti Emmanuel Makron Kremlin xalqın istənilən hərəkətində xarici təsir görməyə meylli olduğunu bildirib.

O bildirib ki, son günlər Gürcüstan “narahatedici hadisələrdən” təsirlənib və “çox güclü təzyiq”lə üzləşib.

Makrona “France Presse” qəzetinin jurnalisti Gürcüstandakı hadisələrlə bağlı sual verib. Xüsusən də Fransa Prezidentinə Moskvanın guya son günlər Gürcüstanda baş verən etirazlara xaric təsir olmasına dair rəyi barədə sual ünvanlanıb. Makrondan Gürcüstan parlamentinin geri çəkdiyi qanun layihəsində Putinin əlini görüb-görmədiyini də soruşublar.

“Kremlin meyli xalqın istənilən hərəkətini kənardan manipulyasiya kimi görməkdir, çünki onlar hesab edirlər ki, ictimai rəy və azad insanlar yoxdur. Biz qədim demokratiyayıq və bunun əksinə inanırıq, lakin Gürcüstan son günlər narahatedici hadisələrdən təsirlənib. Əlində Avropa bayrağı tutan gənc qadının, yumşaq desək, geri çəkilməyə məcbur edildiyini əks etdirən kadrlar gördük, bu da bizi biganə qoymadı. Gürcüstan çox güclü təzyiqlə üzləşib və ümid edirik ki, biz daha çox sülhə gedən yol tapacağıq”–deyə Makron açıqlayıb.