Emmanuel Makron - Fransız xalqının özləri və gələcək nəsillər üçün ən ədalətli seçim etmək qabiliyyətinə inanıram
Emmanuel Makron - Fransız xalqının özləri və gələcək nəsillər üçün ən ədalətli seçim etmək qabiliyyətinə inanıram

 
Fransız xalqının özləri və gələcək nəsillər üçün ən ədalətli seçim etmək qabiliyyətinə inanıram – bu haqda Fransanın Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yazır.

“Mənim yeganə ambisiyam belə çox sevdiyim ölkəyə faydalı olmaqdır”- deyə Emmanuel Makron yazır.

Makron, parlament seçkilərinin iyunun 30-da və iyulun 7-də keçiriləcəyini bildirib.

Xatırladaq ki, Avropa Parlamentinin seçkilərinin nəticələri dərc edildikdən sonra Emmanuel Makron Fransada növbədənkənar parlament seçkiləri keçirmək qərarını qəbul edib.