Emmanuel Makron deyir ki, Rusiya Ukrayna ilə müharibədə qalib gəlsə, Avropada Gürcüstan və Qazaxıstan kimi keçmiş Sovet İttifaqının digər ölkələrini təhdid edə biləcək yeni imperialist güc yaranacaq
Fransa prezidenti Emmanuel Makron deyir ki, Rusiya Ukraynadakı müharibədə qalib gələrsə, Avropada Gürcüstan və Qazaxıstan kimi digər keçmiş Sovet ölkələrini, eləcə də bütün qitəni təhdid edə biləcək yeni imperialist güc yaranacaq. Emmanuel Makron bu barədə BBC-yə verdiyi eksklüziv müsahibəsində bildirib.
“Aydındır ki, Rusiyanın Ukraynada etdiyi şey imperializm və müstəmləkəçilikdir”, – Makron bildirib.
Fransa prezidentinin sözlərinə əsasən, Ukraynanı dəstəkləmək onun və bütün ölkələrin borcudur. O, həmçinin bildirib ki, növbəti ay kritik olacaq.
Emmanuel Makronun sözlərinə görə, Ukraynanın danışıqlar masasına oturmağın vaxtı hələ çatmayıb. O qeyd edib ki, danışıqların aparılması qərarını yalnız Kiyev ala bilər.
Eyni zamanda, Fransa lideri əlavə edib ki, “ədalətli və yaxşı danışıqların və danışıqlar masasına qayıtmağın və Rusiya ilə həll yolu tapmağın vaxtı gələ bilər”.
Müəllif -
Mehemmed Bayramaliyev