Emmanuel Makron - Belarus, Ukrayna, Gürcüstan və Moldova haqqında düşünürəm, onlar öz suverenliyinə görə tam hörmətə layiqdirlər
Belarus, Ukrayna, Gürcüstan və Moldova haqqında düşünürəm, onlar öz suverenliyinə görə tam hörmətə layiqdirlər, çünki bu, bizim kollektiv təhlükəsizliyimizə töhfə verir-bu barədə Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında bildirib.
“Biz Avropa İttifaqının və ya NATO-nun üzvü olmayan, lakin yenə də bu regionda olan bir neçə ölkənin suverenliyinə və müstəqilliyinə tam hörmət etməklə təhlükəsizliyi qurmalıyıq.
Mən Belarus, Ukrayna, Gürcüstan və Moldova haqqında düşünürəm. Fikrimcə bu dövlətlər öz suverenliyinə görə tam hörmətə layiqdirlər, çünki bu bizim kollektiv təhlükəsizliyimizə töhfə verir”-deyə Emmanuel Makron bildirib.