Emmanuel Makron - Avropa İttifaqı klassik azad ticarətə davam edərsə, ölə bilər
Emmanuel Makron - Avropa İttifaqı klassik azad ticarətə davam edərsə, ölə bilər

Avropa İttifaqı klassik azad ticarətə davam edərsə, ölə bilər, -bu barədə Emmanuel Makron Berlində keçirilən tədbirdə bildirib.

“Politico”nun məlumatına əsasən, Makron qeyd edib ki, Avropa İttifaqı klassik azad ticarətə davam edərsə, iki-üç il sonra ölə bilər və ya bazardan kənarda qala bilər.

Fransa prezidentinin fikrincə, Avropa İttifaqını xilas etmək üçün proteksionist siyasət lazımdır.

Almaniya kansleri Olaf Şolts bildirir ki, Avropa sənayesini ədalətsiz ticarət təcrübələrindən qorumaq istəyi Avropanın özünə zərər vurmasına səbəb olmamalıdır.