Emmanuel Makron avqustun 23-də Fransanın yeni baş nazirinin təyin edilməsi ilə bağlı məsləhətləşmələr keçirəcək
Emmanuel Makron avqustun 23-də Fransanın yeni baş nazirinin təyin edilməsi ilə bağlı məsləhətləşmələr keçirəcək

Fransa prezidenti Emmanuel Makron avqustun 23-də ölkənin yeni baş nazirinin təyin edilməsi ilə bağlı parlament qrupları və partiya liderləri ilə məsləhətləşmələr keçirəcək.

Bu barədə Fransa mediası Yelisey sarayına istinadən yazır.

Yelisey Sarayının bəyanatında qeyd olunub ki, prezident avqustun 23-də bütün gün ərzində məsləhətləşmələr keçirəcək.

“Qrup formatına gəlmək istəklərini bildirənlər bunu edə biləcəklər”, – Le Figaro-ya bildiriblər.

Media yazır ki, ölkənin Milli Assambleyasında blokların sırasına əsasən, Yelisey sarayına ilk olaraq solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasını qəbul edəcəklər.

Məsləhətləşmələr nəticəsində yeni baş nazir təyin olunacaq.

“Le Figaro” yazır ki, parlament seçkilərində heç bir partiyanın çoxluğu qazana bilmədiyi üçün Emmanuel Makronun məqsədi koalisiya yaratmaqdır.

Yelisey sarayında bildirdikləri kimi, parlament seçkiləri zamanı fransa xalqı dəyişikliklər və birlik arzusunu ifadə etdi, bütün siyasi liderlər isə bu istəyi həyata keçirmək üçün çalışmalıdırlar.