Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkeli ölkənin ən yüksək mükafatı olan “Şərəf Legionu” ordeni ilə təltif edib.
Burqundiya bölgəsində Almaniya hökumətinin başçısı ilə vida mərasimi keçirilib. Emmanuel Makron Avropa birliyini qoruduğu üçün Angela Merkelə təşəkkür edib.
Makronun sözlərinə görə, Merkel maliyyə böhranı ilə məşğul olmaq və avrozonanı saxlamaq üçün keçmiş Fransa prezidenti Jak Şirakla, sonra Nikola Sarkozi ilə, həmçinin terrorizm və immiqrasiya böhranına qarşı Fransua Ollandla və nəhayət, Covid 19 və onunla mübarizədə birgə çalışıb.
“Siz bütün bu sarsıntılar zamanı Avropanın birliyini saxlamaq üçün çalışdınız. Ümid edirəm ki, öyrəndiyiniz dərs güclü küləklərə qarşı möhkəm dayanmaq və hər kəsin birləşdiyinə və heç bir şeyin dağılmamasına, bizimlə qalacağına əmin olmaqdır” dedi Makron.
Almaniyanı 16 il idarə edən Angela Merkel yeni koalisiya hökuməti qurulduqdan sonra istefa verəcək.