Fransa prezidenti Emanuel Makron Suriyənin şimalındaki kürtlərə və Türkiyəyə dialoq təklif etdi.
Bu barədə bəyanatı Emanuel Makron Parisdə “Suriyənin demokratik qüvvələrinin” kürt nümayəndələri ilə görüş zamanı verdi.
Fransa prezidentinin administrasiyasının məlumatına görə, görüşdə Makron cihadistlərlə mübarizə zamanı kürt hərbi qruplarının xüsusi rolu haqqında söz etdi.
Onun dediyinə görə, Fransa Suriyənin şimal-şərq bölqəsində təhlükəsizliyin qorunması üçün vəziyyətin stabilizasiyasına yardım edəcək ki, “İslam dövləti” artıq güclənə bilməsin.
Radikal islamistlərlə mübarizədə kürtlərə Fransada yardım edir.
Emanuel Makronun təşəbbüsünü Türkiyə qeyriməqbul hesab edir. Ankarada bəyan edirlər ki, terorist strukturları ilə dialoqa başlamağı düşünmürlər.