Emanuel Makron - Türkiyə heç bir zaman Avropa İttifaqının üzvü ola bilməyəcək
Fransa prezidenti Emanuel Makron Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanın siyasətini sərt şəkildə tənqid etdi.
Onun dediyinə görə, 2016-cı ildən Türkiyədə insan hüquqlarının qorunması baxımından vəziyyət çox ağırlaşdı.
“Mənim tərəfimdən yalançılıq olar, əgər desəm ki, Türkiyənin Avropa İttifaqına qoşulma perspektvi var. Erdoğanın Türkiyəsinin Avropa İttifaqının üzvü olmaq üçün heç bir şansı yoxdur” – dedi Emanuel Makron.
Son bir il ərzində Türkiyə iqtidarı və Avropa İttifaqı arasında münasibətlər gərginləşdi. Erdoğan öz bəyanatlarının birində qeyd etdi ki, Avropa İttifaqının üzvü olmaq Türkiyə üçün prioritet deyil.