Emanuel Makron Parisin yaxınlığında müəllimin qətlə yetirilməsi faktını "İslamist terorist hücumu" adlandırdı
Emanuel Makron Parisin yaxınlığında müəllimin qətlə yetirilməsi faktını "İslamist terorist hücumu" adlandırdı

Fransa prezideti Emanuel Makron Parisin yaxınlığında müəllimin qətlə yetirilməsi faktını “İslamist terorist hücumu” adlandırdı.

Makronun dediyinə görə, müəllimi ona görə öldürdülər ki, ifadə azadlığını öyrədirdi.

“Onlar qalib ola bilməyəcəklər…biz hərəkət edəcəyik”, – dedi qətl yerini ziyarətə gedən Fransa prezidenti.

Fransa medyasının məlumatına görə, qətlə yetirilən müəllim Tarix və Coğrafiya fənlərini öyrədirdi və müsəlmanların Məhəmməd peyğımbərinin karikaturaları haqqında azadlıq ifadəsi kimi bəhs edirdi.

Müəllim müsəlman şagirdlərin, bu mövzu ilə bağlı incidikləri halda, sinif otağını tərk etmələrini istəyirdi.

Yayılan məlumata görə, bəzi müsəlman valideynlər müəllimi məktəbdə şikayət etmişdilər.

Fransa Təhsil Naziri Jan-Mişel Blaker, müəllimin qətlini Fransaya hücum adlandırdı.

Qeyd edək ki, müallimi Parisin yaxınlığında, oktyabrın 16-da qətlə yetirdilər.

Qatil isə, 18 yaşlı etnik çeçen idi.