Emanuel Makron - Dimitri Amilaxvari adına gürcü-fransız dialoqunun deklarasiyası ilə, münasibətlərimizin tarixində yeni səhifə açırıq
Emanuel Makron - Dimitri Amilaxvari adına gürcü-fransız dialoqunun deklarasiyası ilə, münasibətlərimizin tarixində yeni səhifə açırıq

Dimitri Amilaxvari adına gürcü-fransız dialoqunun deklarasiyası ilə, münasibətlərimizin tarixində yeni səhifə açırıq, – bu barədə bəyanatı Fransa prezidenti Emanuel Makron Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüş zamanı verdi.

Birgə mətbuat konfransı başlayan zaman Emanuel Makron Salome Zurabişviliyi Gürcüstan prezidenti seçilməsi ilə təbrik etdi.

“Bilirəm ki, sizin seçki qabağı kampaniyanız çox ağır şərtlərdə keçdi, ancaq siz bunun öhdəsindən ləyaqətlə gəldiniz və öz prinsiplərinizə və Avropa dəyərlərinizə sadiq qaldınız. Sizin Fransada müvəffəqiyyətli diplomat karyeranız var idi və bu da bizim ölkəmizə qarşı olan dostca münasibətinizdən bəlli olur və ölkələrimiz arasındaki münasibətlərə də müsbət təsiri var. Siz hər zaman Fransaya dəstək verdiniz və ona hörmət etdiniz. Sizə ilk rəsmi  səfərlə buraya gəldiyiniz üçün təşəkkür edirəm.  Bilin ki, biz hər zaman sizin yanınızdayıq. 2008-ci ildə olduğu kimi, ölkənizin yanındayıq” – dedi Emanuel Makron.

İki ölkə prezidentləri “Dimitri Amilaxvari adına fransız-gürcü dialoqunun” təsis edilməsi ilə bağlı deklarasiyayı imzaladılar, hansı ki, Fransa və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.