Emaar Properties şirkətinin təsisçisi və icraçı direktoru Məhəmməd Əli Rəşid Alabar İrakli Ğaribaşvilini qonaq edib
Emaar Properties şirkətinin təsisçisi və icraçı direktoru Məhəmməd Əli Rəşid Alabar Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilini qonaq edib.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, Məhəmməd Əli Rəşid Alabarın Dubaydakı iqamətgahında keçirilən görüşdə Emaar Properties şirkətinin fəal şəkildə işlədiyi layihələr müzakirə edilib.
Məhəmməd Əli Rəşid Alabar dünyanın ən hündür binası olan Burj Xəlifənin sahibidir. Emaar Properties Birləşmiş Ərəb Əmirliklərində yerləşən çoxmillətli daşınmaz əmlakın inkişafı şirkətidir. Şirkətin dünya üzrə 30 milyarddan çox aktivi var. Emaar Properties Asiya, Avropa və Şimali Amerikanın bir çox ölkələrində fəaliyyət göstərir.
Müəllif -
Mehemmed Bayramaliyev