Elmi dairələr etiraf etdilər ki, sərabçılıq bütün dünyaya Gürcüstan ərazisindən yayıldı
Elmi dairələr etiraf etdilər ki, sərabçılıq bütün dünyaya Gürcüstan ərazisindən yayıldı – bu haqqda Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, Milli Muzey direktoru David Lortkipanidze və Gürcüstan Şərabçılar Assosiyasının prezidenti Tinatin Kezel, birgə keçirilmiş mətbuat konfransında bəyan etdilər.
Onların dediklərinə görə, dünya elm ictimaiyyəti etiraf etdi ki, şərabçılığın ən qədim izi məhz elə Gürcüstan ərazisində aşkar olundu. Buradan da o, bütün dünyaya yayıldı və kənd təsərrüfatı, millətlər mədəniyyəti, biologiya, tibb və ümumi bəşəriyyətin formalaşmasına böyük təsir göstərdi.
“Bazarertəsi, 13 noyabrda, PNAS Amerika elmi jurnalının yeni kimyəvi analizi ilə keçirilmiş tədqiqatlarının nəticələri dərc olundu, buna da uyğun olaraq, Gürcüstan ərazisində məskunlaşan tayfalar şərabçılığı hələ 8 000 il öncə başladılar. Tbilisidən 50 kilometr aralı antik kənlərdə, yarılmış təpə, Şulaveri təpəsi adlanan yerlərdə şərabla hopmuş küpələr aşkar etdilər. Bu isə 80 əsrlə tarixlənir”, – tədbirdə qeyd etdilər.
Müasir biomolekul arxeoloji dəlillərə uyğun olaraq, bizim eradan 6 000-5 800 il əvvəl, ilkin neolit dövrünün şərabı Gürcüstanda hazırlanırdı – bundan sonra dünyaya yayıldı.
PNAS-da dərc olunmuş məqalənin müəllifləri gürcü, kanadalı, amaerikalı, fransız, israilli və italyalı alim və proffesorlardır.
Buna qədər şərabın vətəni Çin hesab olunurdu, çünki orada 2004-cü ilin kəşfiyyatına əsasən, 7 000 il əvvəl üzüm, bal, düyü və itburnunun kokteylini hazırlayırdılar.