Eliso Bolkvadze Acarada incəsənət təhsili istiqamətində planlaşdırılmış və cari layihələri müzakirə etdi
Parlamentin Mədəniyyət Komitəsinin sədri, Eliso Bolkvadze Batumidə Acara Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri, Maya Xacişvili və nazir müavini, Akaki Dzneladze ilə görüşdü.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Acarada bölgəsində incəsənət təhsili istiqamətində planlaşdırılmış və cari layihələr barəsində söhbət etdilər. Eləcə də incəsənət sahəsində post-pandemiya qaydaları zamanı festivalların, pulsuz layihələrin və tədbirlərin həyata keçirilməsini müzakirə etdilər.
“Munisipalitetlərlə koordinasiyanın əhəmiyyətindən, bədii təhsilin islahatı ilə bağlı məsələlərdən, mədəniyyətin müxtəlif istiqamətlərinin inkişaf perspektivlərindən söhbət etdik. 23-31 iyulda Batumi Dövlət Musiqi Mərkəzində keçiriləcək – Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təşkilati məsələlərini müzakirə etdik”, – Eliso Bolkvadze bəyan etdi.