Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsi üzrə İdarələrarası Koordinasiya Komitəsinin iclası keçirilib
Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsi üzrə İdarələrarası Koordinasiya Komitəsinin iclası keçirilib

Gürcüstanın baş nazirinin insan hüquqlarının müdafiəsi üzrə müşaviri Niko Tatulaşvilinin sədrliyi ilə Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsi üzrə İdarələrarası Koordinasiya Komitəsinin iclası keçirilib.

Parlament üzvü, Rati Yonatamişvili və BMT-nin Cənubi Qafqazda İnsan Hüquqları üzrə Ali Komissarlığının baş məsləhətçisi Vladimir Şkolnikov sessiya iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış ediblər. İclasda komitənin məşvərət şurasının üzvləri də iştirak edib.

Gürcüstan hökumətinin məlumatına görə, sessiya çərçivəsində iştirakçılar Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsi üzrə İdarələrarası Koordinasiya Komitəsinin qərarı ilə yaradılmış tematik işçi qruplarının müzakirə etdiyi mövzular – inklüziv təhsil və bələdiyyələrdə parkinq icazələri üçün vahid qaydanın yaradılması haqqında fikir yürüdüblər. Onların verdiyi məlumata görə, sessiyanın sonunda müzakirələr aparılıb və əlillərin mövcud ehtiyacları vurğulanıb, bu ehtiyacların həlli istiqamətində məsləhət şurası və komitə öz fəaliyyətini davam etdirəcək.