Elquca Tsomaia məhkəmədə ifadə verərkən təsdiqləyib ki, Qia Lortkipanidze ondan Mixeil Saakaşvilini Gürcüstana gətirməyi xahiş edib
Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi işi üzrə saxlanılan Elquca Tsomaia məhkəmə dindirilməsi zamanı təsdiqləyib ki, daxili işlər nazirinin keçmiş müavini Qia Lortkipanidze ondan Mixeil Saakaşvilini Gürcüstana gətirməyi xahiş edib.
Elquca Tsomayanın da qeyd etdiyi kimi, onun Qia Lortkipanidze ilə əvvəllər də əlaqəsi olub, çünki Ukraynada bəzi problemləri həll etmək istəyirmiş və yaxınları Lortkipanidzenin telefon nömrəsini ona veriblər.
“Günlərin birində Qia Lortkipanidze mənə zəng etdi. O, yanıma gələrək, Mixeil Saakaşvilini Gürcüstana keçirib-keçirə bilməyəcəyimi soruşdu. Mən də özümü günahkar hesab edirəm, lakin mənə etibar edənə minnətdaram. Limanın girişində yanacaqdoldurma məntəqəsi var idi və mən ona ora gəlməli olduğunu bildirdim. Gecə qaranlıq idi, kabinədə oturmuşdum, heç aşağı enməmişəm də. Mən Mixeil Saakaşvilinin avtomobildən düşdüyünü gördüm. Limana girən kimi pasportunu aldım, o, yuxarı çarpayıya qalxdı , orada gizlənəcək yer yoxdur, çarpayı var, adi qaydada gəmiyə mindim. Biz sentyabrın 27-də səhər yola çıxdıq” -deyə Tsomaia bildirib.
Onun da qeyd etdiyi kimi, Mixeil Saakaşvilinin onun evində olması onun üçün böyük şərəfdir.
“Mixail Saakaşvilinin mənim evimdə, bir yerdə sonra başqa yerdə olması, uşaqlarımın otağında yatması mənim üçün böyük şərəf idi. Burdaca mən bütün Gürcüstanı yeni il münasibətilə və şəxsən anasını təbrik etmək istəyirəm. Belə vəziyyətə düşməsi mənim günahımdır, amma nə edək. Şəxsi həyatıma gəlincə, bu addımı niyə atdığım ilə heç biriniz maraqlanmamısınız. Nə qədər problemlərdən keçdiyimidən heç kimin xəbəri yoxdur. Hava olsun deyə demirəm, bütün sənədlərim var. Nə vergi, nə polis, nə köhnə oğlanlar, kimsə mənə kömək edə bilmədi, mənə nəsə edə biləcəyini deyən yeganə şəxs Qia Lortkipanidze idi. Mən ona necə hörmət etməyim axı” -deyə Tsomaia bildirib.
Keçmiş daxili işlər nazirinin müavini Qiorqi Lortkipanidzeyə qarşı Mixeil Saakaşviliyə sərhədi qanunsuz keçməsinə yardım etdiyinə görə dekabrın 10-da hüquqi təqib başladılıb.
Eyni zamanda, 4 nəfər barəsində Mixeil Saakaşviliyə Gürcüstan sərhədini qanunsuz keçməkdə köməklik etdiyinə görə ittiham qaldırılıb.