Elene Xoştaria - biz müştərək hərəkət edən birlik üçün çalışırıq, məsləhətləşmələri davam etdirəcəyik, hərçənd Qaxaria halında qırmızı xətlər var, bu, anti-işğal aksiyası ilə bağlıdır
Həm partiyalar, həm də ictimaiyyətin qrupları arasında müştərək hərəkət edən birlik yaratmaq üçün aylardır çalışırıq. Bu nöqteyi-nəzərdən Q.Marqvelaşvili mühüm fiqurdur-bu barədə “Droa”nın lideri Elene Xoştaria açıqlayıb.
Xoştariaya Gürcüstanın sabiq prezidenti Qiorqi Marqvelaşvilinin aksiyalarda iştirak edən insanları dağıdan siyasətçilərlə əyləşərək danışmaq niyyətində olmadığını qeyd etdiyi və buna nümunə olaraq Vano Merabişvili və Qiorqi Qaxarianın adını çəkdiyi bəyanatı ilə bağlı sual verilib.
Elene Xoştaria indi birliyin vacib olduğunu, lakin eyni zamanda qırmızı xətlərin də olduğunu bildirib.
“Birlik, təzyiq göstərməli və bu iqtidarı buraxmalı olduğumuz düsturdur. Ona görə də biz Qiorqi və başqaları ilə, bu gün qərbyönlü gələcək üçün narahat olan hər kəslə məsləhətləşməyə davam edəcəyik. Hamı ilə məsləhətləşirik, hərçənd qırmızı xətlərimizi demişik. Bu qırmızı xətlər mövcuddur və bu, şəxsi münasibətə görə yox, Qaxaria halında bu, təkcə basqınla deyil, ümumiyyətlə, işğala qarşı aksiya ilə bağlıdır. Bilirsiniz ki, o, buna görə məsuliyyəti üzərinə götürməyib. Buna görə də qırmızı xətlər mövcuddur, qırmızı xətlərdən kənarda olan hər kəslə işləyirik”-deyə Elene Xoştaria açıqlayıb.