Elena Zerkal – Rusiya beynəlxalq hüquq normalarını pozmağa davam edir və bunun bariz nümunələri Ukrayna və Gürcüstandır
Böyük Britaniyada Rusiya tərəfindən kimyəvi silahın məsuliyyətsiz şəkildə istifadə etməsi yenə birdaha təsdiqləyir ki, Kreml qırmızı xəttləri keçməyə davam edir və bütün dünyayı özünun tətbiq etdiyi yeni normalara öyrəşdirməyə çalışır.
Bunun bariz nümunələrini biz Gürcüstandaki avqust müharibəsi zamanı və həmçinin, Ukraynada gördük – bu barədə bəyanatı Ukraynanın Xarici İşlər Nazirinin müavini Elena Zerkal BMT-nin təhlükəsizlik şurasının iclasında verdi.
“2014-cü ildə, Rusiya Krımı işğal edərək və Şərq Ukraynaya intervensiya edərək, beynəlxalq hüquq prinsiplərini və BMT xartiyasını tamamilə iqnor etdi. Eyni hadisə 2008-ci ildə Gürcüstanda da baş verdi” – dedi Elena Zerkal.