El Pais - xəbərdarlığa baxmayaraq Puçdemon Belçikadan Danimarkaya yola düşdü
İspaniya Prokurorluğunun xəbərdarlığına baxmayaraq, Kataloniyanın keçmiş lideri Karles Puçdemon Belçikadan Danimarkaya yola düşdü. Bu barədə məlumatı El Pais ispan nəşri yayır.
Puçdemon Kopenhaqen Universitetində, politologiya fakültəsində Kataloniya məsələsi üzrə debatlarda iştirak etməlidir. Ehtimala görə, diskusiya yerli vaxtla saat 14:00-da baş tutacaq.
Karles Puçdemon Belçikanı ilk dəfə tərk edir.
Ona qədər İspaniya Prokurorluğunda bəyan etdilər ki, əgər Karles Puçdemon Belçikadan Danimarkaya yola düşdüsə onun yaxalanmasını tələb edəcəklər.