İspaniyanın El Mundo nəşriyyatı Kaxa Kaladze ilə müsahibə yayır.
Nəşriyyat Kaxa Kaladzenin futbol və siyasi karyeri haqqında yazır.
Məqalənin müəllifinin dediyinə görə, siyasətə gedənə qədər Kaladze Maldini, Qatuzo, Pirlo və digər dünyaca məşhur futbolçularla bərabər oynayırdı.
“Mən futbol karyerimdən sonra pensiyayada gedə bilərdim, ancaq Gürcüstanda baş verən hadisələrə görə, fikrimi dəyişdim. 2012-ci ildə, xalqın iqtidar rejiminə qarşı etirazı məni siyasətə getməyə vadar etdi” – deyir Kaxa Kaladze El Mundoya verdiyi müsahibədə.
Müəllif xətt çəkir ki, Kaladzenin siyasətə getməsinə, onun qardaşının qaçırdılıb, öldürülməsi də səbəb oldu.
“Kaladzenin kirvəsi Bidzina İvanişvili idi, hansı ki, 2012-ci ildə seçkilərdə qalib oldu və Kaxa Kaladzeyi Energetika Naziir vəzifəsinə təyin etdi”, – yazır İspaniya nəşriyyatı.
Məqalədə həmçinin deyilir ki, mer namizədliyinə Kaladzenin rəqibləri məşhur jurnalistlər və siyasi aktivistlər idi.
“Ümumiyyətlə, gürcü ictimai çox siyasiləşdirilmişdir, çünki Sovet dövründən sonra, 25 illik dövr ölkə üçün çox çətin oldu” -deyir Kaladze.
Məqalədə Gürcüstanın qərbə qoşulmaq istəyi də qeyd edilir.
Publikasiyanın müəllifi qeyd edir ki, sabiq futbolçunun xarizması hərkəsə eyni cür təsir etmir və bir çox insan onu siyasətçi kimi qəbul etmir və “Qazpromla” qoyduğu müqaviləyə görə, pro-rus hesab edir.