“Exit-poll”a əsasən, Azərbaycanın növbədənkənar parlament seçkilərində hakim partiya çoxluğu qazanacaq
“Exit-poll”a əsasən, Azərbaycanın növbədənkənar parlament seçkilərində hakim partiya çoxluğu qazanacaq

 
“Exit-poll”a əsasən, Azərbaycanın növbədənkənar parlament seçkilərində hakim partiya çoxluğu qazanacaq. Məlumatı yerli media yayır.

“Oracle Advisory Group” tərəfindən keçirilmiş sorğuya əsasən, İlham Əliyevin “Yeni Azərbaycan” partiyası 125 yerlik Milli Məclisdə 63 yer qazanacaq, bu da hazırkı mandatlardan 6 yer azdır.

Bu, keçən il Azərbaycanın hərbi əməliyyatlar nəticəsində Qarabağın ərazisini geri qaytarmasından sonra keçirilən ilk parlament seçkiləri idi.

“Reuters” agentliyinin yazdığı kimi, bundan əvvəl seçkiləri boykot edən müxalifət partiyası “Müsavat” 15 ildə ilk dəfə olaraq seçkilərdə iştirak edib. Onun parlamentdə yer qazanıb-qazanmayacağı hələ bilinmir.