Ekaterine Tikaradze – Mixeil Saakaşvilinin vəziyyəti stabildir, hazırda klinikaya köçürülməsinə ehtiyac yoxdur

13:18, 21.10.2021

Pasiyentin vəziyyəti bu mərhələdə sabitdir, – Səhiyyə naziri Ekaterine Tikaradze həbsdəki keçmiş prezident Mixeil Saakaşvili haqqında deyib.

Onun sözlərinə görə, Mixeil Saakaşviliyə instrumental tədqiqatlar və tibbi yardım göstərilib.

“Ümumiyyətlə, etik normalara uyğun olmadığı üçün xəstə məlumatlarının verilməsinin əleyhinəyəm. Kifayət qədər qənaətbəxş vəziyyətdədir. Hazırda onu klinikaya köçürməyə ehtiyac yoxdur, lakin penitensiar xidmətin tibb işçiləri xəstənin indiki mərhələdə ehtiyacı olan bütün lazımi instrumental müayinələri və tibbi yardımı təmin ediblər “, – dedi Tikaradze.

Oxşar