Ekaterine Tikaradze - COVİD-19-un müalicəsi ilə bağlı bütün prosedurlar pulsuzdur
Ekaterine Tikaradze - COVİD-19-un müalicəsi ilə bağlı bütün prosedurlar pulsuzdur

Maddi resursların mobilizasiyası və düzgün bölüşdürülməsi olmasa, Covid-19-un idarəedilməsi, effektiv olmazdı. Səhiyyə Nazirliyi tərəfindən covid-19-un idarəedilməsinin maddi mexanizmi hazırlandı, hansının çərçivəsində, müalicə ilə bağlı bütün prosedurlar tamamilə pulsuzdur, – bu barədə bəyanatı Səhiyyə Naziri Ekaterine Tikaradze verdi.

Onun dediyinə görə, COVİD-19-un idarəedilməsi büdcəsi 236 440 000 laridir.

Tikaradze qeyd etdi ki, hər bir pasientə xərclənən məbləğ 1 200 lari təşkil edir. Ağır pasientin olduğu halda isə, 3000 lari.

“Gürcüstanda bütün vətəndaşların koronavirusdan müalicə xərcləri tamamilə pulsuzdur. COVİD-19-un müalicə büdcəsi 236 440 000 laridir və sadəcə müalicəyi deyil testi və karantin xərclərini də nəzərdə tutur. Hər bir pasientə xərclənən məbləğ 1 200 lari təşkil edir. Ağır pasientin olduğu halda isə, 3000 lari.

Səhiyyə Nazirliyi bir neçə dəfə tənqid obyekti oldu, çünki xəstəxanalarda yataq sayının mobilizasiyasını gecikdirmişdi. Ona görə də, ilk növbədə yetərli qədər yataqların mobilizasiyasını həyata keçirdik ki, dövlət büdcəsi rasiyonal şəkildə xərclənsin” – dedi Səhiyyə Naziri.