Ekaterine Tikaradze - COVİD-19 bizə səhiyyə sektorunda keyfiyyətin yüksəldilməsinin və daha böyük şəffaflığın nə qədər önəmli olduğunu göstərdi
Ekaterine Tikaradze - COVİD-19 bizə səhiyyə sektorunda keyfiyyətin yüksəldilməsinin və daha böyük şəffaflığın nə qədər önəmli olduğunu göstərdi

COVİD-19 bizə səhiyyə sektorunda keyfiyyətin yüksəldilməsinin və daha böyük şəffaflığın nə qədər önəmli olduğunu göstərdi, – bu bəyanatı Səhiyyə Naziri Ekaterine Tikaradze ili yekunlaşdırarkən verdi.

Onun dediyinə görə, 2020-ci ildə Gürcüstanda bütün dünyada olduğu kimi əsas çağırış pandemiya idi.

“Pandemiyadan böyük çağırışın nə olduğunu demək çətindir.  Ancaq, bütün çətinliklərə baxmayaraq, Gürcüstan inkan daxilində, gərəkən bütün tədbirləri həyata keçirə bildi. COVİD-19 bizə səhiyyə sektorunda keyfiyyətin yüksəldilməsinin və daha böyük şəffaflığın nə qədər önəmli olduğunu göstərdi. Səhiyyə Nazirliyinin gələn il üçün növbəti çağırış isə, ilkin səhiyyə sisteminin böyük islahatı olacaq” – dedi Ekaterine Tikaradze.