Ekaterine Tikaradze - Həkimlərin dəyərləndirməsinə görə, COVİD-19-dan həlak olan 29 yaşlı pasientin vəziyyəti klinikaya gətirildiyi zaman çox ağır idi
Ekaterine Tikaradze - Həkimlərin dəyərləndirməsinə görə, COVİD-19-dan həlak olan 29 yaşlı pasientin vəziyyəti klinikaya gətirildiyi zaman çox ağır idi

Həkimlərin dəyərləndirməsinə görə, COVİD-19-dan həlak olan 29 yaşlı pasientin vəziyyəti klinikaya gətirildiyi zaman artıq çox ağır idi, – bu bəyanatı jurnalistlərə Səhiyyə Nazirinin vəzifəsinin icraçısı Ekaterine Tikaradze verdi.

Tikaradzenin jurnalistlərə verdiyi bəyanata görə, 35 yaşlı yeni pasientin vəfatı ilə bağlı məlumatı yoxdur.

“Yaş spektri ilə bağlı statistika belədir: 80 yaşdan yuxarı vətəndaşlarda ölüm hallarının göstəricisi 5%-dir, 70-dən 80 yaşa qədər 2,5 %. Gənclərdə statistik göstərici 0,5-0,7%-dir.

Gənc vətəndaşların ölüm faktları təbii ki, çox ağırdır.

Qeyd olunan iki ölüm faktından sadəcə biri ilə bağlı dəqiq məlumatım var. 29 yaşı pasient klinikaya dekabrın 5-də, ağır vəziyyətdə gətirildi. Həkimlər səkkiz gün ərzində onu xilas etməyə çalışdılar, ancaq təəssüf ki, bu hal faciəli şəkildə nəticələndi. 35 yaşlı vətəndaşın vəfat etməsi ilə bağlı isə, məlumat gözləyirəim və daha sonra medya üçün bəyanat veriləcək” – dedi Ekaterine Tikaradze.